İqtisadi gündəm
2025-ci ildə bu müavinətlər artırıla bilər
“2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
“Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyil və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək.
Bildirmək istəyirəm ki, 2023-cü ilin avqust ayından etibarən ilin sonunadək müvafiq qanunvericiliyin tələbi olaraq Fondun formalaşmış sərbəst vəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 425,0 mln. manat investisiya fəaliyyətinə yönəldilib, cari ilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavə olaraq yönəldilməsi gözlənilir.
Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.18 mln. manat gəlir əldə edilib və 2024-cü ilin sonuna qədər isə əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir”,- komitə sədri vurğulayıb.
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı







.jpg)






























