İqtisadi gündəm
Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə, yaxın altı ay ərzində dünyanın 16 regionunda aclıq problemi daha da kəskinləşəcək.
Publika.az xəbər verir ki, böhranın əsas səbəbləri hərbi münaqişələr və silahlı zorakılıqdır. Bundan əlavə, BMT ekspertləri ekstremal iqlim hadisələrini, xüsusilə də “El-Ninyo” fenomenini sabitliyi pozan amillər sırasına daxil ediblər.
Hərbi münaqişələr və silahlı zorakılıq 16 böhran nöqtəsindən 12-də əsas risk amilinə çevrilib. Ekspertlərdə ən böyük narahatlıq doğuran ölkələr Sudan, Cənubi Sudan, Somali, Yəmən və Nigeriyanın ayrı-ayrı rayonlarıdır. Həmin ərazilərdə 2022-ci ildən 2025-ci ilədək humanitar yardımın həcmi iki dəfədən çox azalaraq 5,1 milyard dollardan 2 milyard dollara enib.
BMT-də “ciddi narahatlıq doğuran” regionlar sırasına Əfqanıstan, Konqo Demokratik Respublikası, Fələstin, eləcə də cinayətkarlığın və silahlı zorakılığın artması nəticəsində 1,5 milyon insanın məcburi köçkün düşdüyü Haiti də daxildir.
“El-Ninyo” iqlim fenomeni Cənubi Afrika, Uqandanın şimal-şərqi və Mərkəzi Amerikanın “Quru dəhliz”i (Qvatemaladan Kosta-Rikaya qədər uzanan 1600 kilometrlik ərazi) kimi regionlar üçün xüsusi risk yaradır. BMT-nin hesablamalarına əsasən, 2027-ci ilin sonuna qədər bu ərazilərdə təxminən 49 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz







.jpg)










.jpg)
















