İqtisadi gündəm
Köhnə dollar sahiblərinə BƏD XƏBƏR: Bütün risklər...
Hakimiyyət orqanları və Rusiya Mərkəzi Bankı ölkənin maliyyə institutlarına təsir göstərmək, onları köhnə dollarları qəbul etməyə məcbur etmək imkanına malik deyil.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Maliyyə Bazarları üzrə Komitəsinin sədri Anatoli Aksakov "RİA Novosti"yə deyib.
O vurğulayıb ki, belə valyutanın sahibləri bütün riskləri dərk etməli və öz üzərinə götürməlidir.
Bildirilir ki, 2013-cü ildən əvvəl dövriyyəyə buraxılmış dollarları olan bəzi rusiyalılar onları dəyişdirməkdə çətinliklə üzləşiblər. Bu problemlər ötən ilin payızında üzə çıxmağa başlayıb, xaricə gedən turistlər üçün çətinlik yaradıb. Məsələn, BƏƏ, Türkiyə və bir sıra Cənub-Şərqi Asiya ölkələrində yeni əskinaslar məcburidir, köhnə pul isə yalnız əhəmiyyətli endirimlə dəyişdirilir.
“Bu, Mərkəzi Bank üçün deyil, xarici valyuta əldə etmiş və indi ondan qurtulmağın o qədər də asan olmadığı ilə üzləşənlər üçün problemdir”, - Aksakov qeyd edib.
O əlavə edib ki, məhdudiyyətlər çox güman ki, bu valyuta ilə bağlı bazarda qaydaları müəyyən edən Birləşmiş Ştatların hakimiyyət orqanlarından gəlir.
Aksakovun sözlərinə görə, Rusiya pulla işləmək üçün yalnız öz qaydalarını müəyyən edə bilər. Odur ki, hər bir bank dollarla işləmək və ya bu təcrübədən tamamilə imtina etmək barədə müstəqil qərar vermək hüququna malikdir.
Adəm Abbaslı
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO






.jpg)


.jpg)













.jpg)


.jpg)








