İqtisadi gündəm
Bu halda pensiyalar yüksək məbləğdə arta bilər - ŞAD XƏBƏR
Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb. Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Publika.az xəbər verir ki, nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Bir müddət əvvəl bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.
Özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir: "Bu fondların fəaliyyəti pensiya yaşına çatmış şəxslərin sosial təminatının gücləndirilməsi üçün böyük rol oynayır".
O deyib ki, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir müzakirə olunur.
"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məsələ ilə bağlı, 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması işlərinin getdiyini söyləyib. Yəni, bu istiqamətdə qanun bazaları yaradılır. Bu fondlar vətəndaşlara həm dövlət, həm özəl pensiya fondlarında yığım imkanı bəxş edir. Əsas üstünlük isə fond ilə əməkdaşlıq və ödəniş edən vətəndaşlara pensiya yaşı tamam olduqda, 2 mənbədən pensiya almalarına şərait yaradır. Bu da məbləğlərin artmasına gətirib çıxarır".
Vüqar Bayramov qeyd edib ki, vətəndaş bu proseslərdən keçdikdən sonra əgər onun dövlət pensiyası 500 manatdırsa, özəldən 300 manat ala bilər: "Bu da ümumi pensiyanın 800 manat olduğunu göstərir. Konkret olaraq, qanun müəyyən olduqdan sonra, qaydalar haqqında məlumat veriləcək".
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı










.jpg)
























