İqtisadi gündəm
“Sosial yardımlarla bağlı süründürməçilik halları var”
“Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı çətinliklər və süründürməçilik halları hələ də mövcuddur”.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Bildirilib ki, sosial yardımın alınması üçün müraciətlər “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydalara əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə aidiyyəti üzrə tapşırıq göndərilir.
“Bu Qaydalarda dəqiq müddətin müəyyən olunmasına baxmayaraq, bir çox hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi daha uzun müddətlərdə aparılır ki, bu da sosial yardımın təyin olunmasında ləngimələrə və süründürməçilik hallarına səbəb olur”, - deyə məruzədə bildirilir.
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj











.jpg)























