İqtisadi gündəm
Kripto bazarında dalğalanma davam edir - BİTCOİN UCUZLAŞDI
Kriptovalyuta bazarında ən önəmli oyunçulardan biri olan Bitcoin (BTC) son aylarda ciddi dalğalanmalar yaşayıb. Yanvarın sonunda 105 min dolları keçən bitkoin fevral ayında gözlənilən 100 min dollar həddini aşmadı.
Publika.az xəbər verir ki, son günlərdə isə qiymət sürətlə dəyişir – dünən 92 min dolları keçən BTC bu gün yenidən düşüb və 87,863.60 dollardan ticarət olunur.
Hazırda bitkoinin bazar dəyəri 1.74 trilyon dollar təşkil edir və gündəlik ticarət həcmi 57.47 milyard dollara çatıb. Son bir saatda qiymət 1.82% yüksəlsə də, 24 saat ərzində 4.84% dəyər itirib. Bununla yanaşı, həftəlik göstəricilərə baxdıqda 9.76% artım qeydə alınıb.
Bitcoin üçün 2024-cü il necə başlayıb?
Bitcoin 2024-cü ilin əvvəlində güclü artımla diqqət çəkirdi. Yanvar ayının sonunda 105 min dolları aşaraq tarixi rekordunu yeniləmişdi. Lakin fevral ayında gözlənilən yüksəliş davam etmədi və qiymət 100 min dolları keçə bilmədi. Son aylar ərzində baş verən enişlər investorların diqqətini çəkir. İlin əvvəlindən bu günə qədər BTC 5.92% dəyər itirib. Bu isə bəzi ekspertlər tərəfindən bazarın korreksiya mərhələsinə daxil olduğu kimi şərh edilir.
Bitcoin üçün növbəti mərhələdə nə gözlənilir?
Bazarda qeyri-müəyyənlik yüksəkdir. Analitiklər iki əsas ssenarini nəzərdən keçirirlər:
- Optimist ssenari: Əgər BTC yenidən 90-95 min dollar aralığını bərpa edərsə, bu, yeni artım dalğasının başlanğıcı ola bilər.
- Pessimist ssenari: Əgər qiymət 85 min dolların altına düşərsə, 80-75 min dollar səviyyəsinə qədər geriləmə ehtimalı artır.(FED.az)
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi










.jpg)







.jpg)
















