İqtisadi gündəm
Hərbi qulluqçulara ŞAD XƏBƏR
Prezident İlham Əliyevin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan komissiyanın sədri, nazir Sahil Babayev Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Komissiyanın sədri sözügedən fərmanın icrası çərçivəsində bugünədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4 167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.
Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyində növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.
Qeyd olunub ki, Komissiya Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edir.
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı
-
İdman13 Avqust 22:05"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ


































