Azərbaycanın müxalifət partiyasında qalmaqallı istefa
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın müxalifət partiyasında qalmaqallı istefa

Böyük Quruluş Partiyasının(BQP) sədri, deputat Fazil Mustafanın müşaviri Etibar Əliyev bəyanat verərək partiyada tutduğu vəzifəsindən və partiya sıralarından istefa verdiyini açıqlayıb. Bu barədə “Yeni Müsavat”a E. Əliyev özü məlumat verib. “XXI Əsr” Tədris Mərkəzinin rəhbəri, təhsil eksperti E.Əliyev 2009-cu ildə Müsavat Partiyası sıralarından istefa verərək, BQP-a keçdiyini bəyan etmişdi. Bu transferdən sonra F.Mustafa E.Əliyevi özünə müşavir təyin etmişdi.

E.Əliyevin sözlərinə görə, partiyadan istefa verməsinin əsaslı səbəbləri var: “Kənardan mənə çatan məlumatlarda partiyanın qurultayının keçiriləcəyi bildirilir. Partiya sədrinin müşaviri kimi nə təşkilat komitəsinə cəlb olunmuşam, nə qurultaya nümayəndə seçilmişəm, nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında mənə məlumat verilib. Hesab edirəm ki, BQP-də mənə qarşı böyük etinasızlıq var. İstefa verməyim həm də son dövrlərdə partiya sədri ilə mənim baxışlarım arasındakı ziddiyyətlərlə bağlıdır. Həm məşğul olduğum təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyim, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməyim də ola bilsin ki, istefa verməyimə müəyyən dərəcədə səbəb olub. Ona görə də, belə bir partiyada gələcək fəaliyyətimi lüzumsuz görürəm. Bu bəyanatı verməklə müşavirlikdən və partiya sıralarından istefa verirəm. İstefa ərizəmi yaxın günlərdə partiya sədrinə göndərəcəm”.

E.Əliyev vaxtilə Müsavat sıralarından istefa verib BQP-yə keçməsinə də aydınlıq gətirdi: “Hərəkat dövründən başlayaraq bir çox insanlar böyük ideallar uğrunda mübarizə aparırdılar. O insanlar arasında Fazil Mustafa da var idi. Sonradan partiyalaşma prosesi getdi. İlkin başlanğıc kimi Müsavat sıralarından istefa verərək BQP- yə daxil olmuşdum. Mənim fəaliyyətim və baxışlarım həmin partiyanın siyasi dəsti-xətti ilə uyğun gəlmir. Peşman da deyiləm. Mən özümə qarşı olan hörmətsizliyə bu istefamla cavab verirəm”.

Ə.Əliyev bildirib ki, bundan sonra cəmiyyət və dövlət üçün faydalı olacaq istiqamətlərdə işini davam etdirəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm