Region
İsrail Xəzər dənizində İran donanmasını belə məhv edib - VİDEO
İsrailin dünən gecə İranın liman şəhəri Bəndər-Ənzəli və Xəzər dənizindəki hədəflərə endirdiyi zərbələr İran Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmisini, həmçinin dəniz infrastrukturunu məhv edib.
Publika.az xəbər verir ki, İsrail hərbçiləri hücumun görüntülərini yayımlayıblar.
İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumatına görə, zərbələr nəticəsində İran HDQ-nin korveti, dörd raket kateri, bir neçə köməkçi gəmi və mühafizə kateri, eləcə də komanda mərkəzi və gəmiqayırma zavodu məhv edilib. Gəmilərin bəziləri limanda, digərləri isə açıq dənizdə olub.
Hərbçilər bildiriblər ki, raket katerləri Xəzər dənizindən İsrailə birbaşa təhlükə yaratmamasına baxmayaraq, İran hərbisinə zərbə vurmaq məqsədilə hədəfə alınıb. İDF əlavə edib ki, raket katerləri zenit imkanlarına və sualtı qayıqlara qarşı mübarizə imkanlarına malikdir. İran üzərində fəaliyyət göstərən İsrail təyyarələri üçün təhlükə yarada bilər.
Zərbəyə hazırlıq cəmi bir neçə gün əvvəl başlayıb və bu, ordunun İrandakı ilkin hədəf siyahısında olmayıb. Hərbi Dəniz Kəşfiyyat İdarəsinin tədqiqatçıları gəmilərin yerini müəyyənləşdirib və zərbəni planlaşdırmaq üçün Hərbi Kəşfiyyat İdarəsi və İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə işləyiblər.
Ordunun məlumatına görə, bu, həm hazırkı müharibədə, həm də əvvəlki münaqişə dövrlərində İDF-nin İranın bu bölgəsinə ilk dəfə endirlən zərbədir.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi


































.jpg)
