Rektor Misir Mərdanovun tapşırığından danışdı
Bizi izləyin

İqtisadi gündəm

Rektor Misir Mərdanovun tapşırığından danışdı

Milli Məclisin deputatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev təhsil naziri Misir Mərdanovun yay imtahan sessiyası zamanı neqativ hallara görə məsuliyyətin rektorların üzərinə düşəcəyinə dair açıqlamasına münasibət bildirib.

Rektor Publika.Az-a deyib ki, rəhbərlik etdiyi ali məktəbdə nazirin göstərişinə qeyd-şərtsiz əməl ediləcək.

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin yay semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə əmr imzalayıb. Nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması və rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və “Qaynar xətt” yaratmaları ilə bağlı tapşırıq verib. Bildirilib ki, baş verə biləcək hər hansı nöqsana görə müəssisə rəhbəri məsuliyyət daşıyacaq.

Ağacan Əbiyev iyunun 1-də rəhbərlik etdiyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi Şurasının iclasını çağırdığını, yay imtahan sessiyasına hazırlıqla bağlı ciddi müzakirələrin aparılacağını bildirib:

“Sabah Elmi Şuranın iclasında açıq şəkildə mövqeyimizi ortaya qoyaraq, fakültə rəhbərlərindən və müəllimlərdən imtahanlar zamanı obyektivliyi təmin etməyi tələb edəcəyik. Nazirin imzaladığı əmr bütün kollektiv arasında yayılacaq və məsələ ilə bağlı onlara xəbərdarlıq olunacaq”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm