Nida Xəbər
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başa çatıb.
Publika.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi yaxınlığında Muxrovanidəki Mayor Gela Çedia Xüsusi Təyinatlı Təlim Mərkəzində xüsusi mərasim keçirilib.
Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze, Azərbaycan Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini general-mayor Azər Kasımov, Türkiyə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı briqada generalı Oğuzhan Şimşek və Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili təlimi uğurla başa çatdıran iştirakçıları təbrik ediblər.
Məlumata deyilir ki, Bolnisidə, Xüsusi Əməliyyatlar Komandanlığının Paraşüt Təlimi Məktəbində və Muxrovanidə üç ölkənin birgə praktiki təlimləri keçirilib. Təlimlərdə şərti obyektə birgə reydlər təşkil olunub, hücum qrupları isə atəş dəstəyi ilə binanı təmizləmək, mühəndislik partlayışları və düşməni zərərsizləşdirmək işlərini həyata keçiriblər.
Qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi hər üç ölkədə rotasiya əsasında keçirilir. Gələn il təlimə Azərbaycan ev sahibliyi edəcək.
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video






.jpg)
.jpg)




















.jpg)
.jpg)







