İqtisadi gündəm
Rusiya-ABŞ danışıqları uğurlu olsa, rubl görün neçəyə olacaq
Rusiya və ABŞ arasında danışıqlar uğurla nəticələnərsə, dollar 70 rubla qədər ucuzlaşa bilər.
Publika.az xəbər verir ki, bunu analitik Mixail Vasilyev "Qazeta.Ru"ya deyib.
“Münaqişənin həlli üçün uğurlu danışıqlar aparılarsa, Rusiya bazarına xarici kapitalın sürətli axınını gözləmək olar. Əgər anti-Rusiya sanksiyaları yumşaldılarsa, ilk növbədə xarici spekulyativ kapital, sonra isə birbaşa xarici investisiyalar gələ bilər. Bu gözləntilərə əsaslanaraq, Rusiya bazarının iştirakçıları valyutada uzun mövqeləri bağlaya və rublda uzun mövqelər aça, ixracatçılar isə valyutanın ucuzlaşacağı qorxusundan onu sata bilərlər”, - Vasilyev izah edib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət dəyişməz qalarsa, rubl ikinci rübdən etibarən mülayim zəifləməsini bərpa edə bilər. Vasilyevin proqnozuna görə, ikinci rübdə dolların orta məzənnəsi 93 rubl, dördüncü rübdə isə 98 rubl olacaq.
Adəm
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı










.jpg)



.jpg)




















