İqtisadi gündəm
Pulunu dollarla saxlayanların nəzərinə: Yaxın illərdə…
ABŞ Prezidenti Donald Trampın son siyasi gedişlərinin dollara mənfi təsir edəcəyi ətrafında fikirlər güclənir. Hətta onun valyuta olaraq hegemonluğunu itirəcəyi bildirilir. Məlumata görə, bundan əvvəl Ağ Ev sahibinin Kanada, Meksika və Çindən idxal edilən əksər mallara gömrük rüsumları tətbiq etməsi prosesə təsir edib.
Publika.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, dollar heç vaxt aparıcı valyuta statusunu itirməyəcək.
Onun fikrincə, Donald Trampın atdığı addımlar dollara təsir etmir:
"Bu, bəzi insanların uydurduğu hekayələrdir. Dolların ucuzlaşması baş versə də, bu, bilərəkdən atılmış addımdır. Çünki ucuz dollar ABŞ iqtisadiyyatı üçün lazımdır. Dolların indeksi aşağı düşdükcə Vaşinqtonda istehsal və ixrac etmək stimullaşır".
Natiq Cəfərli deyib ki, dolların hegemonluğu üçün təhlükə yoxdur:
"Dünya ticarəti hələ də 70 faiz dollar üzərindən həyata keçirilir. Müxtəlif ölkələr ehtiyat valyuta kimi dollardan istifadə edir. Bu baxımdan onun aqibəti ilə bağlı hansısa ciddi gəlişmələrin, mənfi hadisələrin olması gözlənilmir. Ən azı yaxın illərdə bu, mümkün görünmür".
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı










.jpg)


.jpg)





















