İqtisadi gündəm
Neft kəskin ucuzlaşdı: Səbəb bəllidir
Texas neftinin fyuçersləri ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən sonra kəskin ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“West Texas Intermediate” (WTI) xam neftinin çatdırılması üzrə müqavilələrin qiyməti bir barel üçün 70,73 dollara (mənfi 1,4 faiz) düşüb.
Təhlilçilər qiymətlərin aşağı düşməsini prezident administrasiyasının idxal rüsumlarının tətbiqi qərarı ilə əlaqələndirirlər ki, bu da tədarük zəncirlərinin sabitliyini pozmaq, inflyasiyanı artırmaq və hər il başqa ölkələrdən ABŞ-a göndərilən trilyonlarla dollarlıq malların qiymətini yüksəltmək təhlükəsi yaradan “qlobal ticarət sisteminə ən güclü zərbə” hesab olunur.
"Tariflər bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir və bu, bütün digər şeylər bərabər olduqda, neftə tələbi azaldır", - deyə “Raymond James” analitiki Pavel Molçanov deyib.
Trampın qərarından sonra Amerika səhmləri də kəskin ucuzlaşıb - S&P 500 indeksi (ən böyük şirkətlər) üzrə fyuçerslər 3,3 faiz, Nasdaq 100 üzrə 4,2 faiz, Russell 2000 üzrə isə demək olar ki, 5 faiz ucuzlaşıb.
Tural
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO








.jpg)
















.jpg)


.jpg)








