İqtisadi gündəm
Bu maşınlar bahalaşacaq: 3-4 min manat fərq olacaq
Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı, almaq üçün isə əlverişli şərait yaranıb.
Publika.az milli.az-a istinadən xəbər verir ki, yeni hibrid maşınlar üçün tətbiq olunan güzəştlər ikinci əl maşınların bazarını xeyli "öldürüb". 18-30 min arası qiymətə yeni Çin avtomobillərinin təklif edilməsi ənənəvi markalara ( Mercedes, BMW, Toyota, Hyundai, Kia və s. ) marağı kəskin azaldıb.
Bakıda insanların günün 4,5 saatını tıxacda keçirdiyini nəzərə alsaq benzin mühərrikli maşınlar lap arxa plana keçib. Demək olar ki, benzinlə işləyən maşınları alan yoxdur. Bu səbəbdən də bu maşınların qiymətində 5-6 min manata yaxın ucuzlaşma hiss olunur.
Lakin, hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər bu ilin sonuna kimi nəzərdə tutulub. Güzəşt müddətinin uzadılması gözlənilsə də, uzadılmamaq ehtimalı da var. Güzəşt müddəti uzadılarsa avtomobil parkı tam yenilənəcək, ili köhnə maşınlar isə "su qiymətinə" düşəcək. Yox əgər, güzəşt müddəti uzadılmasa onda həm Çin maşınları, həm də digər ikinci əl maşınlar kəskin bahalaşacaq. Ekspertlər düşünür ki, hibrid maşınlar üçün güzəşt müddəti uzadılmasa ikinci əl maşınların qiyməti 3-5 min manat artacaq.
Məlum məsələdir ki, müştərilər Çin maşınlarını ucuz olduğuna görə alırdılar. Çin maşınlarının qiyməti gömrük rüsumuna görə artsa, ənənəvi markaların bazarı xeyli canlanacaq. Bu səbəbdən də ikinci əl maşın satan şəxslərə səbr etmələri, ikinci əl maşın almaq istəyənlərə isə mövcud ucuzlaşmanı dəyərləndirmək tövsiyyə olunur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib. Bu isə ötən illə müqayisədə 2.7 dəfə artım deməkdir.
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?








.jpg)




.jpg)



.jpg)







.jpg)
.jpg)










