İqtisadi gündəm
“Nar” sağlam həyat tərzinə töhfə üçün boks təlimlərinə dəstək olur - FOTO
Sərfəli mobil xidmətlər təqdim edən “Nar” yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir.
Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar” yeniyetmələrin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb. “Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində aztəminatlı ailələrdən olan gənclərə dünya və Avropa çempionlarının məşqçiləri təlim keçəcək.
Tədbirdə çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Bizim məqsədimiz yeniyetmələrin sağlam həyat tərzinə sahib olmalarına, təhsildə və idmanda uğurlu olmalarına, möhkəm xarakter formalaşdırmalarına dəstək verməkdir. Bu təlimlər onlara yalnız bugünkü deyil, həm də gələcək həyatları üçün dəyərli keyfiyyətlər qazandıracaq”.
“Baku Fight Lab” klubunun vitse-prezidenti, müstəqil Azərbaycanın yeniyetmələr arasında boks üzrə ilk dünya çempionu Fərhad Acalov isə vurğulayıb: “Bu layihə ilə biz uşaqlara yalnız peşəkar boks vərdişləri deyil, həm də sağlam həyat tərzi və güclü xarakter formalaşdırmaq üçün motivasiya veririk. İnanırıq ki, bu təşəbbüs onların gələcək inkişafında mühüm rol oynayacaq”.
Layihənin bir hissəsi olaraq, tədbirdə gənclər üçün motivasiyaedici çıxış da baş tutub. Bu çıxışın spikeri - boks üzrə dünya kubokunun bürünc mükafatçısı, İslam Oyunlarının gümüş medalçısı, dəfələrlə Azərbaycan çempionu olan Tamerlan Abdullayev iştirakçılarla öz təcrübəsini və uğur hekayəsini bölüşüb, onları idmanda və həyatda məqsədlərinə çatmaq üçün ruhlandırıb.
“Nar” sosial məsuliyyətli şirkət olaraq, diqqəti aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


![]()

-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
















.jpg)



.jpg)








.jpg)






.jpg)

