İqtisadi gündəm
Gümüş 14 ildən sonra ilk dəfə KƏSKİN BAHALAŞDI
Dekabr ayında çatdırılacaq gümüş fyuçerslərinin qiyməti "Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) ilk dəfə 2011-ci ilin may ayından bəri bir troya unsiyası üçün 48 ABŞ dollarını keçib.
Publika.az xəbər verir ki, bu barədə ticarət platformasının göstəricilərində məlumat verilib.
Bakı vaxtı ilə saat 17:12-də qiymətli metalın dəyəri 1,45% artaraq bir troya unsiyası üçün 48,01 dollar təşkil edib. Saat 17:17-də isə gümüşün qiymət artımı bir qədər zəifləyərək 47,94 dollara düşüb (+1,3%).
Sentyabr ayında birja qiyməti 14 ildən sonra ilk dəfə 44 dolları keçib.
İyun ayında “Alfa-Kapital” İdarəetmə Şirkətinin portfel meneceri Dmitri Skryabin bildirib ki, gümüş son bir ayda 11% bahalaşıb. Bu, onun qiymət artımı tempində qızılı, platin və palladiumu yaxalamağa başladığını göstərir. Onun sözlərinə görə, ilin əvvəlindən bəri gümüş təxminən 25% artım nümayiş etdirib.
Hüseyn İbadlı
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı








.jpg)





























