İqtisadi gündəm
Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər?
Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir. Borcalan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir.
Publika.az "Xəzər” TV-yə istinadən xəbər verir ki, kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib.
Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər.
Ekspert bildirib ki, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır.
Qeyd edək ki, kredit müqavilələrində zaminlə borcalanın öhdəlikləri eynidir.
Daha ətraflı videomaterialda:
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı








.jpg)





























