İqtisadi gündəm
“Azercell” “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
Bu il 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri – “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”, “Ağıllı şəhər”də kibermüharibə simulyasiyaları və kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək. Bu platforma iştirakçılara həm real ssenarilər üzərində təcrübə qazanmaq, həm də innovativ texnologiyalarla tanış olmaq imkanı yaradacaq.
Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Azercell” tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CIDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək.
“Azercell”in məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir.
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?








.jpg)





.jpg)










.jpg)
.jpg)










