İqtisadi gündəm
I yarımilin sığorta sektorunun aktivləri açıqlandı
Cari ilin birinci yarımili ərzində sığorta sektorunun aktivləri 4,5 faiz (93 milyon manat) artaraq 2,14 milyard manata çatıb.
Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, aktivlərin 40 faizini (856 milyon manat) dövlət qiymətli kağızları, 28 faizini (600 milyon manat) bank vəsaitləri, 11 faizini (236 milyon manat) qeyri-dövlət qiymətli kağızları, 8 faizini (163 milyon manat) debitor borclar təşkil edir.
Bu ilin birinci yarımili ərzində sektorun öhdəlikləri isə 7,3 faiz (105 milyon manat) artaraq 1,55 milyard manata çatıb. Öhdəliklərin 73 faizi sığorta haqları ehtiyatı, 18 faizi sığorta hadisələri ehtiyatı 9 faizi digər öhdəliklər təşkil edir.
Sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 5,6 faiz (94 milyon manat) artaraq 1772 milyon manata çatıb. Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının yeni emissiyasının baş verməməsi sığortaçıların alternativ investisiya alətlərindən istifadə etməsinə təsir edib. Belə ki, investisiya portfelində artım əsasən banklarda pul vəsaitləri (205 milyon manat) və qeyri-dövlət qiymətli kağızların (102 milyon manat) hesabına baş verib.
Bundan əlavə, sığorta şirkətləri repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirak edib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 92 faizini, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73 faizini investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlardan və bank vəsaitlərindən ibarətdir.
2025-ci ilin birinci yarımilində sığorta sektoru investisiya fəaliyyətindən 55 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,15 faizini təşkil edir.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi













.jpg)



.jpg)


.jpg)














.jpg)

