İqtisadi gündəm
Xaricdən gətirilən ət Azərbaycanda neçəyə satılır? - VİDEO
Kiloqramı yerli bazarla nisbətən daha ucuz, alıcısı isə çoxdur.
Publika.az xəbər verir ki, söhbət Braziliya, Qazaxıstan, Monqolustan, Belarusya, Ukrayna və digər Avropa ölkələrindən idxal olunan ət məhsullarından gedir.
Rəsmi statistik rəqəmlərə əsasən, ötən il ölkəyə ət idxalı 41 faiz artıb. Bəs son illərdə artan tələbat səbəbi ilə ölkəyə idxal edilən Monqolustan quzusu və Ukraynadan gətirilən iribuynuzlu heyvan ətlərinin qiymətləri hansı aralıqdadır? Satıcı Abbas Vəliyevin sözlərinə görə, ölkəyə idxal edilən ətlərə, xüsusilə Monqolustan quzusuna tələbat kifayət qədərdir. Qiymətlərə gəldikdə isə yerli ətlə müqayisədə nisbətən ucuzdur.
Onun sözlərinə görə, Ukraynadan idxal edilən mal ətinin qiyməti isə hissələrə uyğun olaraq 12-14 manata aralığında dəyişir.
İqtisadçı Xalid Kərimli bildirir ki, xaricdən ölkəyə ət idxalında artımın olması yerli ət qiymətlərində artım və əhalinin ətə olan tələbatının çoxluğu ilə əlaqədardır.
Bəs yerli bazarla müqayisədə ucuz olan idxal edilmiş ətlərin keyfiyyətindən nə qədər əmin ola bilərik?
AQTA-nın şöbə müdiri Əkbər Əliyev deyib ki, idxal olunan məhsullar yalnız beynəlxalq baytarlıq sertifikatına malik olmalıdırlar.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








.jpg)





























