İqtisadi gündəm
Azərbaycanda əməkhaqqı rejimi dəyişir: Maaşlar artacaq?
“Azərbaycanda saatlıq əməkhaqqı rejiminə keçid istisna deyil”.
Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur:
“Nəzərə alsaq ki Azərbaycanda bununla bağlı xeyli vaxtdır müzakirələr gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu praktikanın araşdırılması və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əməkhaqqının tətbiq edilməsi vətəndaşlarımız üçün bir neçə yerdə işləmək baxımdan vacibdir. Bu vətəndaşlarımızın bir neçə yerdə çalışmasına və daha yüksək əməkhaqqı almasına gətirib çıxara bilər. Çünki nəticə etibarı ilə saatlıq minimum əməkhaqqını tətbiq edən başqa ölkələrin praktikası göstərir ki, bu, işləyən vətəndaşların əməkhaqqlarının artmasına təsir göstərir. Xüsusən də əmək müqaviləsi ilə çalışan vətəndaşların əməkhaqqlarına təsir göstərir”.
Deputat bildirib ki, bu həm də həftəsonu və işdən sonra, bayram günü işləyən vətəndaşların daha yüksək tarifli gəlir qazanmasına gətirib çıxaracaq:
“Eyni zamanda işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Nəticə etibarı ilə bu artıq hər saata görə əməkhaqqı ödənilməsi anlamına gəlir. Ona görə də, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi mexanizmi uyğun olar. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması ondan xəbər verir ki, Azərbaycanda da saatlıq iş rejiminə keçilməsi istisna deyil”.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








.jpg)





























