İqtisadi gündəm
"Bank BTB"nin zərəri 2 milyon manata çatıb
Xəbər verdiyimiz kimi Mərkəzi Bank 2025-cü ilin ilk yarısında ölkədə fəaliyyət göstərən bir bankın zərərlə işlədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Teleqraf-ın araşdırmasına əsasən bu bank "Bank BTB"-dır.
Maliyyə qurumunun cari ilin ikinci rübünə olan hesabatına əsasən, zərəri 1 milyon 666 min manat təşkil edir.
Bu ilin yanvar-mart aylarında da “Bank BTB" ASC maliyyə qurumları arasında ən az mənfəət əldə edən bank olmuşdu. Qurumun əldə etdiyi xalis mənfəət cəmi 800 min manat təşkil edirdi. Bu da banklar arasında rüb ərzində qeydə alınan ən aşağı xalis mənfəət idi.
Onu da qeyd edək ki, bank 2024-cü ilin 839 min manat zərərlə başa vurmuşdu.
“BTB” ASC-nin əməliyyat mənfəəti də ötən ilin sonundakı 5 milyon 270 min manatdan bu ilin iyul ayının 1-nə 2 milyon 546 min manata düşüb. Bankın kapitalı 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata enib.
Mərkəzi Bankın hesabatına görə, 2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 mln. manat) azalaraq 577 mln. manat təşkil edib. Lakin bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.
Belə ki, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 mln. manat olub.
Tənzimləyicidən verilən məlumata əsasən sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub.
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin edildi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO








.jpg)



.jpg)













.jpg)
.jpg)










