İqtisadi gündəm
Qızılın qiyməti rekord qırdı
Dekabr ayı üzrə qızılın fyuçers qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4200 ABŞ dollarını keçib.
Publika.az xəbər verir ki, bu barədə "Comex" birjasının məlumatlarınad bildirilib.
Bakı vaxtı ilə saat 05:12-də qızılın qiyməti bir unsiya üçün 4202,4 dollara yüksəlib ki, bu da 0,64% artım deməkdir. Saat 05:17-də isə artım tempi bir qədər zəifləyib və qiymət 4199,8 dollara düşüb.
Bundan əvvəl qızılın fyuçers qiyməti yenidən tarixi maksimuma çataraq 4150 dollar olmuşdu. Bakı vaxtı ilə saat 03:36-da bu göstərici 1,97% artımla qeydə alınıb. Lakin saat 03:59-da artım bir qədər zəifləyib və qiymət 4146,5 dollar təşkil edib (+1,88%).
Qızılın qiymətindəki artım geosiyasi vəziyyətin pisləşməsi və ABŞ Federal Ehtiyat Sisteminin sərt siyasəti ilə əlaqələndirilir.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ








.jpg)



























