İqtisadi gündəm
“Dünyagöz Bakı” xəstəxanasının 630 min manat vergi borcu yarandı
“Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə yarım milyon manatdan artıq vergi borcu yaranıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, “Dünyagöz Bakı” Xəstəxanasının bu günə olan vergi borcu 630 min manat təşkil edir. Məlumata görə, xəstəxananın vergi borcu hər ay artmaqda davam edir.
“Dünya Göz Azərbaycan” MMC-nin qanuni təmsilçisi Adem Esgürdür. Şirkətin nizamnamə kapitalı 10 min manat məbləğində göstərilib.
Adem Esgür bir neçə ölkədə fəaliyyət göstərən “Dünyagöz Xəstəxanalar Qrupu”nun İdarə Heyəti sədrinin müavinidir.
Qrupun Türkiyədə 10-dan çox xəstəxanası fəaliyyət göstərir. “Dünyagöz” brendi altında həmçinin Almaniya, Gürcüstan, Niderland və digər ölkələrdə də tibb müəssisələri mövcuddur.
Türkiyənin nəhəng səhiyyə şirkətlərindən biri olan “Dünyagöz Xəstəxanalar Qrupu”nun əsas pay sahibi tanınmış iş adamı Eray Kapıcıoğludur. Azərbaycandakı “Dünyagöz” xəstəxanasının qanuni təmsilçisi olan Adem Esgürün isə şirkətdəki payı 1 faizə yaxındır.
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir





































