İqtisadi gündəm
Orta aylıq əməkhaqqı 1087 manata çatıb
Bu ilin oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1781,4 min nəfər olub. Onlardan 863,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 918,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
-
Hadisə27 Sentyabr 23:55Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu - Yaralılar var
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq













.jpg)



.jpg)


















.jpg)

