İqtisadi gündəm
Yeni ev axtaranlar üçün ideal seçim: "City Garden"də premium mənzillər faizsiz kreditlə - "Kristal!"
“Kristal”ın “City Garden Narimanov” layihəsində 36 ayadək faizsiz, daxili kredit imkanı ilə premium mənzillərinin satışı davam edir. “N.Nərimanov” metro stansiyasından qısa məsafədə yerləşən layihə sakinlərinə əlverişli yerləşmə, müasir standartlar və yüksək tikinti keyfiyyəti ilə seçilən yaşayış məkanı təqdim edir.
Fərqli sahələrdə premium mənzillər
Layihə çərçivəsində 57,21–157,92 m² sahəli, 2, 3 və 4 otaqlı, eləcə də studiya premium təmirli mənzillər satışdadır. Alıcılara iki fərqli seçim təklif olunur: 36 ayadək faizsiz daxili kredit və ya 20 ilədək ipoteka krediti. Bu seçimlər həm aşağı ilkin ödənişlə premium mənzil almaq istəyənlər, həm də faizsiz hissəli ödəniş axtaranlar üçün əla fürsət yaradır.

Tam itkisiz planlama üstünlüyü
“City Garden Narimanov”un əsas üstünlüklərindən biri tam itkisiz planlanmasıdır. Eyni otaq sayına sahib mənzillər daha böyük kvadratmetrlə təqdim olunanda alıcı həm sahə, həm də dəyər baxımından əlavə ödəniş etmiş olur. “City Garden Narimanov”da tətbiq olunan itkisiz planlama sayəsində eyni rahatlığı daha az kvadratmetrlə əldə etmək mümkündür. Bu yanaşma alıcı üçün həm funksional sahə, həm də xərclərə real qənaət deməkdir.
.jpg)
Premium keyfiyyət və təhlükəsizlik
Layihədə bütün materiallar beynəlxalq standartlara uyğun seçilib. Armatur birləşmələri xüsusi muftalarla edilərək konstruksiyanın zəlzələyə davamlılığı artırılır. Beton üçün xarici brend qəliblərdən istifadə olunur. Pəncərələr alüminiumdur, yanmır və səs-külək izolyasiyası yüksəkdir. Arasına xüsusi arqon qazı doldurulan ikiqat şüşələr enerjiyə qənaət edir və günəş radiasiyasını azaltır. Elektrik xəttində yanmayan, İtaliya istehsalı “Prysmian” kabelləri, elektrik açarlarında İtaliya istehsalı Gewiss, santexnika avadanlıqlarında isə Almaniya istehsalı Grohe brendindən istifadə olunur. Mərkəzi istilik sistemi isə sakinlər üçün sabit komfort yaradır.

Faizsiz kredit fürsətini qaçırmayın
Premium mənzillərə 36 ayadək faizsiz daxili kreditlə sahib olmaq fürsətini qaçırmayın, "Kristal"ın satış ofisinə müraciət edin. Dəyərini illər keçdikcə artıracaq layihədə yerinizi indidən ayırın!
Ətraflı: 1544 / 050 293 10 10
-
İdman19:48Ərəb investorları Rusiya klubunu almaq istəyirlər
-
Magazin119:24Samirə Milan küçələrində pozalar verdi - FOTO
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər
-
İdman14:53Arda ilə Haalandın bu görüntüsü gündəm oldu: Artıq dostdurlar



































