İqtisadi gündəm
Azərbaycanın tranzit potensialı “Logitrans Turkiye 2025”də təqdim olunur
“Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkəti “ADY Express” MMC İstanbulda keçirilən “Logitrans Turkiye 2025” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunur.
ADY-dən Publika.az-a verilən məlumata görə, stenddə regional tranzit marşrutları, logistika həlləri və əməkdaşlıq imkanları barədə təqdimatlar, görüşlər və müzakirələr keçirilir.
Beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə yeni layihələrin icrası və yük axınlarının artırılması istiqamətində fikir mübadiləsi aparılır.
Sərgi çərçivəsində həmçinin ziyarətçilərə Azərbaycanın tranzit potensialı, ölkənin nəqliyyat şəbəkəsinin Orta Dəhlizlə Çindən yük daşımaları üçün təqdim etdiyi üstünlüklər barədə geniş məlumat verilir.
Sərgi təşkilatçıları tərəfindən səmərəli fəaliyyətinə görə ADY nümayəndə heyətinə "Dəyərli tərəfdaş" nominasiyası üzrə mükafat təqdim olunub.
Qeyd edək ki, "Logitrans Turkiye" sərgisi regionun aparıcı logistika platformalarından biri hesab olunur. 20 000-ə yaxın insanın ziyarət etdiyi builki sərgidə 20 ölkədən 230-a yaxın şirkət təmsil olunur, iştirakçılar və ziyarətçilərə texnoloji həllərin nümayişi və beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim olunur.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)







.png)




















