İqtisadi gündəm
Qəhvə niyə surətlə ucuzlaşır? -İlginc səbəb
Dünyada qəhvənin qiymətləri cümə günü kəskin aşağı düşüb. Buna ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxal olunan kənd təsərrüfatı məhsullarına, o cümlədən qəhvə və kakaoya tətbiq edilən 40 faiz rüsumları ləğv etməsi səbəb olub. Rüsumların ləğvi amerikalı istehlakçıların ərzaq məhsullarının yüksək qiymətlərindən artan narazılığı fonunda baş verib.
Publika.az-ın məlumatına görə, “Reuters/Ipsos”un sorğusunun nəticələrinə əsasən, ABŞ-da pərakəndə qəhvə qiymətləri sentyabr ayında illik ifadədə 40 faiz artıb ki, bu da qismən rüsumlarla bağlı idi. Ərzaq məhsullarının bahalaşması Trampın hakimiyyətə qayıdışından bəri etimad reytinqinin ən aşağı səviyyəyə enməsinə səbəb olan əsas amillərdən biri olub.
Trampın Braziliya idxalına qoyduğu rüsumların ləğvi ilə bağlı qərarı, keçən cümə günü açıqladığı və qəhvə də daxil olmaqla istehsalçı ölkələrdən idxal olunan bir çox kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılmasını nəzərdə tutan analoji sərəncamın ardınca verilib. Dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliya öz qəhvə ixrac həcminin təxminən üçdəbirini dünyanın ən böyük qəhvə istehlakçısı olan ABŞ-a tədarük edir.
Qrinviç vaxtı ilə saat 10:17-də ICE birjasında arabika qəhvəsinin fyuçerslərinin qiyməti 4,6 faiz azalaraq bir funt üçün 3,5925 dollara düşüb. ICE birjası dünyanın fiziki qəhvənin qiymətlərinin müəyyən edilməsi üçün əsas göstərici kimi qəbul olunur.
Bununla belə, arabika məhsulu hələ də defisit olaraq qalır, birja sertifikatları və ehtiyat həcmləri aşağı səviyyədədir, sektor təchizat çatışmazlığı ilə üzləşir və bu səbəbdən alıb saxlamağa məcbur qalır. Həmçinin La-Ninya hadisəsi ilə bağlı hava şəraiti riskləri də qüvvədə qalmaqdadır.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO












.jpg)



.jpg)



















.jpg)

