İqtisadi gündəm
Turistlərdən yeni vergi: 532 milyon manat qazanmağı planlaşdırırlar
Londonda gecələyən ziyarətçilər üçün turist vergisi tətbiq edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivzin hazırda parlamentdə müzakirə olunan “İcmaların səlahiyyətlərinin dəyişdirilməsi və artırılması” qanun layihəsi vasitəsilə Ser Sadiq Xana və digər mülki liderlərə bu səlahiyyətləri verəcək.
Londonun turist vergisinin ildə 240 milyon funt-sterlinqə (təxminən 533 milyon manat) qədər gəlir gətirəcəyi proqnozlaşdırılır. Hazırda İngiltərə G7 ölkələri arasında bu vergini tətbiq etməyən yeganə ölkədir. Qeyd olunur ki, Şotlandiya və Uels artıq gecələyənlərdən müxtəlif növ vergilər alır; Şotlandiyada bu, gündəlik yaşayış haqqının müəyyən faizi, Uelsdə isə 2026-cı ildən gecəlik 1,30 funt sterlinq olacaq.
Böyük London Rəhbərliyi (GLA) paytaxtda gələcək səlahiyyət dəyişikliklərini qiymətləndirmək üçün Şəhərlər Mərkəzinə tapşırıq verib. Qeyd olunur ki, G7-nin böyük şəhərlərində turist vergisi müxtəlif formalarda mövcuddur: Paris, Münhen, Milan, Toronto, Nyu-York və Tokio misal çəkilir. Nyu-York və Torontoda yaşayış yerlərinin müəyyən faizi tutulur və bu sistem ziyarətçidən orta hesabla bir gecəlik 14,86 funt (təxminən 33 manat) gəlir gətirir. Tokioda isə tək, sabit ödəniş sistemi tətbiq olunur.
Müəlliflər bildiriblər ki, London üçün faiz və ya sabit ödəniş sistemi daha uyğundur, çünki Böyük Britaniyada Fransa və İtaliyadakı kimi mehmanxanalar üçün rəsmi “ulduz” sistemi yoxdur.
Adəm
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?








.jpg)







.jpg)












.jpg)
.jpg)








