İqtisadi gündəm
“Bakcell” və “Visa” tərəfdaşlığa başlayır
İnnovasiya lideri “Bakcell” rəqəmsal ödənişlər üzrə qlobal lider olan “Visa” ilə tərəfdaşlığa başlayır.
Publika.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində “Bakcell” abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və yeni innovativ həllər təqdim ediləcək.
Tərəfdaşlığın ilk addımı olaraq “Bakcell” və “Visa” abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində abunəçilər “Bakcell” tətbiqi üzərindən, “Visa” kartı ilə, Apple Pay və Google Pay vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun olaraq, 5 AZN - 9.99 AZN – 1 GB; 10 AZN - 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı – 5 GB kimi formalaşır. Əldə edilən bonuslar bir həftə müddətində aktiv qalır.
“Bakcell” innovasiya və süni intellekt əsaslı həlləri ilə Azərbaycanın rəqəmsal gələcəyinə, dayanıqlı inkişafına töhfə verməyə davam edir. Kampaniya haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da






































.jpg)