İqtisadi gündəm
Azərbaycana səkkiz ölkədən ət idxalına məhdudiyyət tətbiq edildi
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlərə başlayıb.
Publika.az xəbər verir ki, AQTA bir sıra bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət qoyub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) yaydığı rəsmi məlumatlara əsasən, bir neçə ölkədə müxtəlif yoluxucu heyvan xəstəlikləri aşkarlanıb. Belə ki, Türkiyənin Biləcik vilayətində dabaq, Kiprin Larnaka rayonunda blutanq, Polşanın Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi qeydə alınıb. Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşanın Opolsk inzibati ərazisində, İrlandiyanın Monahan və Liş kantonlarında, Belçikanın Valoniya regionunda, eləcə də Niderlandın Zelandiya əyalətində yüksək patogen quş qripi müəyyən edilib.
Respublika ərazisinin sözügedən xəstəliklərdən qorunması məqsədilə həmin bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilib. Qida Təhlükəsizliyi Agentliyi qərarın ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq qəbul edildiyini açıqlayıb.
Müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə də müraciət olunub.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım



































.jpg)

