İqtisadi gündəm
Nazirlik “Həsənoğlu” şirkəti barədə protokol tərtib etdi
“Həsənoğlu LTD” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb şirkətin 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamasıdır.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınan şirkət Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Həsənoğlu LTD” mebel sahəsində fəaliyyət göstərir. Şirkətin mebel fabriki və bir sıra mağazaları mövcuddur. Şirkət daha öncə büdcədən 35316,2 ABŞ dolları yayındırmışdı. Şirkətin idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə malları dəyərindən dəfələrlə aşağı göstərdiyi müəyyən edilmişdi.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)





.png)





















