İqtisadi gündəm
İki dəyərli metal kəskin bahalaşa bilər
2026-cı ildə palladium və platinin qiyməti 50% arta bilər.
Publika.az TASS-a istinadla xəbər verir ki, qiymətli metalların bahalaşacağını "Kpler" analitikləri proqnozlaşdırıblar.
Audit və konsaltinq şirkətinin məlumatına görə, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar 2026-cı ildə platinin orta qiyməti illik müqayisədə 58-83 faiz, palladiumun qiyməti isə 31-60 faiz arta bilər.
"Hazırda platinin qiyməti, digər qiymətli metallar kimi, konsolidasiya dövrünü keçir. Bir tərəfdən, Yaxın Şərqdə başlayan münaqişə bazarlardakı qeyri-müəyyənliyi daha da artırır, digər tərəfdən isə ABŞ və bir sıra iri mərkəzi bankların daha sərt pul-kredit siyasətinə keçidi qiymətli metalların qiymətlərində korreksiyaya səbəb olur", — deyə ekspertlər izah ediblər.
Bazar tərəfindən kəsirlərin davam etməsi, qeyri-müəyyənliyin artması, həmçinin investorlar, zərgərlər və avtomobil istehsalçıları tərəfindən tələbatın sabit qalacağı təqdirdə, platinin qiyməti il ərzində bir unsiya üçün 2,3 min dollara qədər bahaşlaşa bilər (2025-ci ildə orta qiymət 1,26 min dollar təşkil edib). Eyni zamanda, tələbatın artması fonunda palladiumun qiyməti 1,8 min dollara qədər yüksələ bilər.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)






.webp)


















