İqtisadi gündəm
Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
Sankt-Peterburqda yerləşən “Nikolskie Ryadı” kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub. Alınmış kompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var.
Publika.az xəbər verir ki, aktivin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub. Şirkətlər azərbaycanlı milyarder, aqrar yönümlü “Karat Holding”in rəhbəri Əsabil Qasımovla əlaqəlidir.
Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5 milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninə məxsus “Venture Investment and Yield Management” fondunun aktivlərinə daxil idi.
Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir. 1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmiş sahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla (təxminən 7,1 milyon manat) alınmışdı. (Trend)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)






.webp)


















