İqtisadi gündəm
Bu şirkətin tenderlərdə iştirakına qadağa qoyuldu - Etibarsızdır
Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə edilib.
Publika.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «AA Trading Group» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1505288501) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Məlumata görə, buna səbəb - «AA Trading Group» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.
Qeyd edək ki, «AA Trading Group» MMC 2020-cı ilin dekabrın ayının 7-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Akif Vahid oğlu olan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
«AA Trading Group» MMC 2022-ci ildə Mənzil-Kommunal Təmir Xidmətinin (VÖEN: 1700774621) məişət tullantılarının daşınması üçün 360 litrlik zibil yeşiklərin alınması ilə bağlı tenderinin qalibi olmuşdu. Şirkətlər arasında 18 min 276 manat dəyərində müqavilə imzalanmışdı.(FED.az )
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi






.jpg)




.jpg)























