İqtisadi gündəm
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb.
Siyahıya əsasən, “Azərlotereya” ölkə üzrə ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında 16-cı yerdə qərarlaşıb. Qeyri-neft sektoru üzrə isə “Azərlotereya” 6-cı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə verdiyi töhfəni bir daha nümayiş etdirib.
“Azərlotereya” 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyib. Bu göstərici əvvəlki illə müqayisədə artım nümayiş etdirir. Belə ki, şirkət 2024-cü ildə 92,4 milyon manat vergi ödəyərək ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi çıxış etmişdi.
Son illər fəaliyyətini daha da genişləndirən “Azərlotereya” yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanın işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına, o cümlədən sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verir. Şirkətin dövlət büdcəsinə ödədiyi yüksək məbləğdə vergilər, idmanın inkişafına ayrılan vəsait və büdcəyə ödənən digər məcburi ödənişlərlə iqtisadi sabitliyin güclənməsinə və müxtəlif sahələr üzrə inkişaf layihələrinin həyata keçirilməsinə dəstək göstərir.
“Azərlotereya” bundan əlavə ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bundan əlavə, Qarabağın sosial-iqtisadi inkişafına və “Əmanətə sədaqət” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.
“Azərlotereya” bundan sonra da şəffaf və məsuliyyətli fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkə iqtisadiyyatına, idmanın inkişafı və sosial layihələrin icrasına töhfə verməyə davam edəcək.
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı
-
Magazin114:06Xalq artisti Hadisənin dediyinə münasibət bildirdi
-
Sosial13:59Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 12:08Şahin Şıxlinski və oğluna hökm oxundu
-
Sosial11:18Pensiya ilə bağlı mühüm xəbər
-
Dünya10:48Qocalar evi, yoxsa həbsxana? - Yaponiyalı yaşlılar niyə ikincini seçirlər?
-
İqtisadi gündəm10:06Blokada xəbərindən sonra neft kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR




































