İqtisadi gündəm
Dərman vasitələri haqqında – VACİB SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli
528 nömrəli Fərmanını “Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 16 dekabr tarixli 1144-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11,
maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 41, 2014, № 10, maddə
1199) 2.1-ci bəndində “6.8-ci” sözlərindən əvvəl “4.6-cı,” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.1.3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası
Qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına
alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin
qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dərman
vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci
maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin
etsin.
AZƏRTAC
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir










.jpg)
























