İqtisadi gündəm
Əli Həsənov: "Rusiyanın azərbaycanlı girovlarla bağlı mövqeyi bizi təəssüfləndirir"
"Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyanın sərgilədiyi mövqe bizi təəssüfləndirir". Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov bildirib ki, girov götürülənlərdən biri Rusiya vətəndaşıdır, onun həyat yoldaşı isə həm rus millətinə mənsubdur, həm də Rusiya vətəndaşıdır: "Bu girovların ailə üzvləri onların azadlığa buraxılması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Çox təəssüf edirik ki, Rusiya öz vətəndaşına sahib çıxmadı”.
Baş nazirin müavini vurğulayıb ki, Rusiya tərəfinin tam hüququ var
ki, o girovların ekstradisiyası məsələsini qoysun və heç olmasa,
onlar Rusiya həbsxanalarına köçürülsünlər: "Biz bu məsələni də
dəfələrlə qaldırmışıq, təəssüflər olsun ki, bu məsələ də açıq
qalıb”.
Girovlarla bağlı QHT-lərin Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciətinə münasibət bildirən Ə.Həsənov bu məsələnin müsbət nəticə
verəcəyinə inanmadığını bildirib. O, qeyd edib ki, bu gün dünyada
böyük ədalətsizliklər baş venir: “Ona görə də mən inanmıram ki, nə
Avropa Məhkəməsi, nə də Rusiya tərəfi bu problemi həll edəcək,
yaxud Ermənistan tərəfi düz yola gələcək. Ancaq onu bilirəm ki,
Prezident, Ali Baş Komandan İlham Əliyev özü o girovları azad
edəcək. Bunu yaşayıb görəcəyik. Bu vaxt çox da uzaqda deyil, bu,
baş verəcək. Qoy erməni tərəfi də bunu bilsin".
-
Sağlamlıq07:30Hər bir dənəsində həyat var - Narın bilmədiyimiz FAYDALARI
-
İdman06:46Türkiyə yığmasında şok itki
-
Magazin106:16Tünzalənin mahnısı Özbəkistan səhnəsində - VİDEO
-
ABŞ04:44Tramp Rusiya ilə əməkdaşlığa görə İranı CƏZALANDIRACAQ
-
İdman00:15Ayxan Abbasov: "Tez-tez “Oser faciəsi”ni xatırladırdılar, amma..."
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə ehtiyatlı davranın
-
İdman16 Noyabr 23:36Didye Deşamı təəccübləndirən məqam: "Heç vaxt bu cür düşünmürəm"
-
İdman16 Noyabr 22:56Millimiz Fransaya da uduzdu - VİDEO/YENİLƏNDİ








.jpg)






















.jpg)




