“Gənclər” şəhərciyində həyəcanlı anlar: 18 nəfər zəhərləndi - VİDEO
Bizi izləyin

Hadisə

“Gənclər” şəhərciyində həyəcanlı anlar: 18 nəfər zəhərləndi - VİDEO

Həmin şəxslərin hamısına 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Abşeron rayonu, “Gənclər” şəhərciyində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 18 nəfər tüstüdən zəhərlənib.

Həmin şəxslərin hamısına 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslər aşağıdakılardır:

Emilya Xəlilova 12 yaş,

Zülfiyyə Xəlilova 31 yaş,

Aytac Ağaladə 23 yaş (hamilə),

Yusifov Anar 34 yaş,

Aytac Ağayeva 12 yaş,

Zülfüqar Nurullayev 30 yaş,

Pərvanə Yusifova 31 yaş,

Aygün Həsənova 31 yaş,

Lalə İmanova 23 yaş,

Sevinc İmanova 24 yaş,

Şəhram İmanov 19 yaş,

Ayşən Məmmədova 16 yaş,

Canpolad Məmmədli 14 yaş,

Zəhra Rəhimova 8 yaş,

Sevda Rəhimova 9 yaş,

Ülkər Qəhrəmanova 48 yaş,

Elxan Qəhrəmanov 53 yaş,

İbrahim Məmmədov 57 yaş. (apa)

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla ) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəbəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm