Dünya
Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
ABŞ prezidenti Donald Tramp bildirib ki, Britaniyanın Baş naziri Starmer İrana zərbələrə "kömək etmək istəmir".
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri "The Sun" qəzetinə telefonla verdiyi açıqlamada "Böyük Britaniyadan bu yanaşma ilə qarşılaşacağımı heç vaxt düşünməzdim. Münasibətlərin əvvəlki kimi olmadığını görmək çox kədərlidir" deyə bildirib.
Starmer daha əvvəl Parlamentdə hökumətinin "hava hücumları vasitəsilə rejim dəyişikliyinin mümkünlüyünə inanmadığını" bildirmişdi. Böyük Britaniya hökuməti əvvəlcə ABŞ-ın İrana hücumlar üçün bazalarından istifadə etməsinə icazə verməkdən imtina etmişdi, lakin sonradan onların İran hərbi obyektlərinə qarşı "müdafiə" hücumlarında iştirak etməsinə icazə vermişdi.
Mətbuata görə, Starmer beynəlxalq hüquq baxımından İrana zərbələr endirmək üçün kifayət qədər əsas görməyib.
“The Sun” qəzetinə verdiyi müsahibədə Tramp Fransanın mövqeyini də tərifləyib: “Fransa əla iş gördü. Başqaları da əla iş gördü. Amma Britaniya çox fərqli idi”, - deyə ABŞ prezidenti bildirib.
Tural
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ













.jpg)













.jpg)






