Hadisə
Keçmiş inspektor dələduzluğa görə saxlanıldı - - FOTO
Ağcabədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, Laçın rayonunun Şeyvanlı kənd sakini Müqavil Baxış oğlu Baxışov həmyerlilərini işə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul alaraq mənimsəyib.
Laçın Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Elxan Cəfərov bildirib ki, M.Baxışov vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda vəsaiti ələ keçirib: "Laçın Rayon Polis Şöbəsinə Müqavil Baxışov barəsində şikayət daxil olandan sonra əməkdaşlarımız əməliyyat-axtarış tədbirlərinə başlayıblar. O, bir müddət gizlənərək istintaqdan yayınıb, lakin hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər. İstintaq Müqavil Baxışovun digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir".
E.Cəfərovun sözlərinə görə, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru vəzifəsində çalışarkən dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru, daha sonra isə müəllim kimi fəaliyyət göstərib. O, ötən il vəzifəsindən və müəllimlikdən kənarlaşdırılıb. (Report)
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi