Hadisə
Bakıda yataqxanada yanğın - 5 nəfər xəsarət aldı (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.
"Report" xəbər verir ki, xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Əlavə olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qeyd edək ki, artıq binanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrinin sakinləri mənzillərinə qayıdıblar. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb.
***
Bakıda yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonunda, Əcəmi Naxçıvani küçəsində yerləşən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Hadisə ilə əlaqədar sakinlər binadan təxliyə edilib. Alovun söndürülməsinə yanğınsöndürənlərm cəlb edilib. (report)
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ


















.jpg)














