Hadisə
Qayın övladlarını görməyə gələn yeznəni bıçaqlayıb küçəyə atdı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Abdullayev Əsəd Ayaz oğlu Sarayevo küçəsi, 13 ünvanında yerləşən binanın girişində keçmiş qaynı tərəfindən bıçaqlanıb.
Bir neçə bıçaq xəsarəti alan şəxs çoxlu qan itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə gecə saatlarında baş verib. Ə.Abdullayev keçmiş həyat yoldaşının yaşadığı sözügedən ünvana gələrək övladlarını görmək istədiyini bildirib. Lakin onu mənzilin qapısında qaynı qarşılayıb və içəri buraxmayıb. Tərəflər arasında mübahisə düşüb. Bu zaman hər iki tərəf bıçaqdan istifadə edib. Nəticədə qayın cüzi xəsarət alsa da, yeznə ağır yaralanıb. Hadisə yerinə "təcili yardım" maşını çağırılmadığı üçün o, xeyli müddət binanın girişində köməksiz vəziyyətdə qalıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO

















.jpg)
















.jpg)

