Hadisə
Bakı-Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdır - (YENİLƏNDİ)
Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.
Həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.

Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarında dayanmış "Shacman" markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri - qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (apa)
***
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi





































