Hadisə
Qızılağac qoruğu ərazisində yanğın tam söndürüldü (YENİLƏNDİ)
Qızılağac qoruğunda baş verən yanğın tam söndürülüb.
Publika.az xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin Masallı, Cəlilabad və Lənkəran yanğından mühafizə hissələrinin avtomaşınları və xeyli sayda canlı qüvvəsinin köməkliyi ilə yanğın lokallaşdırılıb.
Hadisə zamanı qoruq ərazisində əsasən quru ot, kol-kos və yabanı bitkilər yanıb.
***
Bu gün günorta saatlarında Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.
Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq









.jpg)




























