Qaxda gəlin və baldız uşaqları ilə evdən qaçdı - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Qaxda gəlin və baldız uşaqları ilə evdən qaçdı - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Publika.az hadisənin təfərrüatını öyrənmək üçün Qax rayonu Güllük kənd icra nümayəndəliyi ilə əlaqə saxlayıb.

Nümayəndəlikdən baldız və gəlinin uşaqlarını götürərək evdən qaçması xəbərini təsdiqləyiblər. Kənd sakinlərinin məlumatına görə isə, Yeganə Sultanova Qax şəhərinə qardaşı gilə qonaq gedib. Orada qardaşının yoldaşı Aynur İsmayılova ilə birlikdə evdən qaçıblar. Yanlarında uşaqları da olub.

Yeganənin qayınanası Müsumət Bayramovanın bildirdiyinə görə, Aynur problemli qadın olub. Vaxtilə bir dəfə də evdən qaçıbmış. 1 aydan sonra onu Ağdamda tapıblar. Yeganə isə ilk dəfədir belə bir addım atıb.

Kənd sakinləri bildirib ki, gəlin və baldız Qaxdan çıxıblar və çox güman ki, Bakıya gediblər.

Kənd sakinləri isə deyir ki, Yeganənin əri aqressiv adam olub. O, Qaxda tikintidə işləyirmiş. Çox güman ki, qadının evdən qaçmasına ərininn aqressivliyi səbəb olub.

Qax rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, faktla bağlı araşdırma davam edir, artıq itkin şəxslərin axtarışına başlanıb.

Şöbədən hadisənin təfərrüatı barədə ətraflı məlumat almaq mümkün olmadı.

Mövzunu diqqətdə saxlayırıq.

***

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb.

Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.

Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur. (report)

Tel: (024) 255-23-52

Mob:055-755-73-71

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm