Magazin1
"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb.
Publika.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:
"İndi başa düşürəm ki, onu çox qorumuşam. Elə lazım deyildi, daha sərbəst böyütməli idim. Bəlkə də yeganə övladım olduğu üçün çalışdım ki, onu hər şeydən, hər kəsdən qoruyum. Çox sıxmışam.
Qızım çəkilişlərdən qaçır. İstəmir ki, müsahibə versin, kamera qarşısına keçsin. İndi də onun fotosunu paylaşmıram. Qızım universitetdə oxuyanda da tələbə yoldaşlarına mənim onun anası olduğumu demirdi. Qızlar evimizə gələndə şəklimi görüb soruşurdular ki, sənin nəyindir?".
S.İsgəndərli nəvəsi ilə də mümkün qədər çox vaxt keçirməyə çalışdığını vurğulayıb:
"Bacardığım qədər onların yanında oluram. Uşaqlara dəstək olmağa çalışıram". ( Axşam.az)
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan







.jpg)

.jpg)














.jpg)









