Hadisə
Hakimdən məhkəməyə körpə uşağı ilə gələn nazirlik işçisinə XƏBƏRDARLIQ
Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytəkin Bağırovaya çıxış etmək üçün söz verilib. Amma o, məhkəmədən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib: “Zərərçəkənlərin pulunu qaytarmaq niyyətim var. Ona görə də mənə əlavə vaxt verimləsini xahiş edirəm”.
Bu səbəbdən hakim təqsirləndirilən şəxsə vaxt verib. O, həmçinin təqsirləndirilən şəxsə məhkəməyə körpə uşağını gətirməməsi barədə xəbərdarlıq edib.
Aytəkin Bağırova deyib ki, bu gün barəsində hökm elan olunacağını fikirləşib: “Elə bildim bu gün hökm oxunacaq. Zaldan həbs ediləcəm. Ona görə gətirdim ki, uşağı özümlə aparım”.
Növbəti proses oktyabrın 24-də davam edəcək.
Xatırladaq ki, ötən prosesdə çıxış edən prokuror hər iki təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. İttihama görə, Samirə Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib. Təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. Samirə Mansurova Aytəkin Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib. Aralarında yaran münasibətdən sonra Aytəkin Bağırova ona işə düzəltmək üçün adam tapmasını istəyib. Samirə Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün Aytəkin Bağırovanın təklifi ilə razılaşdığını söyləyib. Qeyd edək ki, Samirə Mansurova həbsdədir. Aytəkin Bağırova barəsində isə həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
Hacı Zeynalov
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO