Hadisə
Bakının mərkəzində baş verən partlayışda xəsarət alan şəxs dünyasını dəyişdi
Yanvarın 27-də səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib. Bu barədə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yamış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.
Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınmışdır. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. (trend)
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər